"Space” telekanalında yaşanan qeyri-müəyyən vəziyyətlə bağlı bəzi verilişlərin yayımı dayandırılıb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, telekanalın ən uzunömürlü verilişlərindən olan "Banu" verilişinin də çəkilişləri dayandırılıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən verilişin aparıcısı Aysel Nazimqızı xəbəri təsdiqləyib:
"Hələ ki, çəkdiyimiz verilişlər yayımlanır. Amma müvəqqəti olaraq verilişin çəkilişlərini dayandırmışıq. Ümid edirik ki, hər şey düzələcək, yenidən çəkilişlərimizə davam edəcəyik. Amma bununla bağlı dəqiq tarix və məlumat bəlli deyil".