RU

Ermənistan elitası "dəmir yumruq"dan sonra belə dəyişib

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə Ermənistanın siyasi elitası ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, sabiq nazir paylaşımında bildirib ki, “Dəmir yumruğ”un Ermənistan siyasi elitasına nə etməsi sadəcə təəccüblüdür.

O, 1990-cı illəri xatırladaraq qeyd edib ki, həmin dövrdə erməni tərəfi beynəlxalq sənədlərdə ərazi bütövlüyü prinsipinə qarşı çıxırdı: “Yadıma düşür ki, 90-cı illərdə erməni nümayəndələri müzakirə olunan istənilən sənəddə ərazi bütövlüyü prinsipinin qeyd olunmasını bloklayırdılar”.

Zülfüqarovun sözlərinə görə, bunun ən bariz nümunələrindən biri Alma-Ata Bəyannaməsi olub.

Sabiq nazir bildirib ki, bu gün isə vəziyyət tam fərqlidir. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq bu prinsipi müdafiə edir: “İndi isə Paşinyan və onun tərəfdarları hər fürsətdə bu beynəlxalq prinsipi tərifləməyə çalışırlar”.

Избранный
67
publika.az

1Источники