Millət vəkilinin sözlərinə görə, Azərbaycan qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan dialoqu təşviq edərək münasibətlərin normallaşdırılması istiqamətində konkret təşəbbüslərlə çıxış edir. Sərhədlərin delimitasiyası üzrə danışıqların aparılması, sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr bu siyasətin praktik nəticələr verdiyini göstərir. "Bu baxımdan, Prezident İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi daha geniş bir tendensiyanı əks etdirir - Azərbaycanın yalnız milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi deyil, eyni zamanda regional sabitliyin təmin olunmasına töhfə verən məsuliyyətli aktor kimi qəbul edildiyini göstərir. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə belə nümunələr xüsusi əhəmiyyət daşıyır",-deyən Sevinc Fətəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursudur. Enerji təhlükəsizliyinə töhfə verən layihələr, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müxtəlif platformalarda fəal iştirak Azərbaycanın mövqelərini daha da gücləndirib və onu etibarlı tərəfdaş kimi önə çıxarıb:"Bütün bunların fonunda təqdim olunan mükafat təsadüfi deyil, aparılan siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın seçdiyi inkişaf və əməkdaşlıq yoluna verdiyi dəstəyin göstəricisidir. Nəticə etibarilə, bu mükafat yalnız bir təltif deyil, həm də regionumuzun keçmiş münaqişə mərhələsindən əməkdaşlıq və inkişaf mərhələsinə keçidini simvolizə edən mühüm göstəricidir və Azərbaycanın bu prosesdə oynadığı rolu bir daha təsdiqləyir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31