"Real Madrid"in və Braziliya millisinin Eder Militao bu yay keçiriləcək dünya çempionatına aparılmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, ikibaşlı omba əzələsindən aldığı zədə ciddi çıxan Eder bu gün Finlandiyada əməliyyat olunacaq. Mənbə cənubi amerikalının oktyabrda sıraya dönəcəyini vurğulayıb.
Xatırladaq ki, Braziliya millisi DÇ-2026-da Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
Toğrul