İran “ABŞ-ı məğlub etmək” təcrübəsini tərəfdaş hesab etdiyi ölkələrlə bölüşməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri Rza Talai-Nik deyib.
İranlı nazir bildirib ki, Şanxay Əməkdaşıq Təşkilatına (ŞƏT) üzv ölkələrə dəstək verə bilərlər.
“Təşkilata üzv ölkələrlə müdafiə sahəsindəki təcrübə və texnologiyanı bölüşməyə hazırıq. İran “Amerikanı məğlub etmək” təcrübəsini də təşkilatdakı tərəfdaşları ilə bölüşə bilər”, - o deyib.
Rza Talai-Nik qeyd edib ki, İran müdafiə potensialını artırmağa və ordunun ehtiyaclarını ödəməyə davam edir.
Asif
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта