Bakı. Trend:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, akademik ZərifəƏliyeva adına Milli Oftalmologiya Mərkəzi və AzərbaycanOftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik ZərifəƏliyevanın anadan olmasının 103 illiyinə və Mərkəzin 80 illikyubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfranskeçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızınümummilli lideri, müdrik rəhbər, müasir, müstəqil Azərbaycandövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə güldəstələri qoyublar. Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramlayad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsiilə başlayıb.
Tədbirdə yerli və xarici mütəxəssislər, o cümlədən Rusiya,Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən tanınmışoftalmoloqlar iştirak edərək müasir tibbi texnologiyalar,diaqnostika və müalicə üsulları üzrə təcrübələrini bölüşüblər.
Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayevtədbirin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu gün biz Azərbaycanoftalmologiyasının inkişaf tarixinin mühüm bir mərhələsini, elminailiyyətlərin, peşəkarlığın və insanlığa xidmətin parlaqnümunəsini qeyd edirik. Zərifə Əliyevanın adını daşıyan bu müqəddəsocaq təkcə bir tibb müəssisəsi deyil — o, bir missiyadır. Bumissiya insanlara işıq bəxş etmək və sağlam gələcəyin təminolunmasına xidmət etməkdir”.
Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycan səhiyyəsiPrezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər ƏliyevFondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsindəhər sahədə inkişaf edir: “Bu tərəqqi yolunda ən qabaqcıl mövqetutan elmi-tibbi müəssisələrdən biri akademik Zərifə Əliyeva adınaMilli Oftalmologiya Mərkəzidir. Bu gün biz yalnız bir elmi mərkəzinyubileyini qeyd etmirik — biz milli səhiyyəmizin inkişaf tarixindəxüsusi yeri olan bir elm və təcrübə ocağının şərəfli yoluna nəzərsalırıq”.
Daha sonra çıxış edən Mərkəzin direktoru, professor ElmarQasımov qeyd edib ki, keçirilən tədbir oftalmologiya sahəsində yenielmi yanaşmaların formalaşmasına və innovativ müalicə metodlarınıntətbiqinə töhfə verir: “Bu cür beynəlxalq əməkdaşlıq həm kliniktəcrübənin zənginləşdirilməsi, həm də yeni texnologiyalarınölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsaHəbibbəyli isə çıxışında bildirib ki, Zərifə Əliyevanın elmifəaliyyəti Azərbaycan tibb elminin beynəlxalq nüfuzunun artmasınaböyük töhfə verib və bu irs gələcək nəsillər üçün mühüm elmi məktəbrolunu oynayır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik ƏhlimanƏmiraslanov çıxışında səhiyyə sahəsində aparılan islahatların vəbeynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin Türkiyədən olan professor Öner Gelişken vədigər xarici mütəxəssislər çıxış edərək qlobal təcrübələr vəyeniliklər barədə fikirlərini bölüşüblər.
Konfrans çərçivəsində akademik Zərifə Əliyeva adına MilliOftalmologiya Mərkəzində Göz Bankının rəsmi açılışı da baştutub.
Beynəlxalq konfransda oftalmologiyanın aktual məsələləri genişşəkildə müzakirə olunub. Tədbir çərçivəsində Milli Göz BankınınAzərbaycanda keratoplastika xidmətlərinin inkişafındakı rolu, donormərhələsindən buynuz qişanın transplantasiyasına qədər olan proses,donor olma motivasiyası, həmçinin müxtəlif keratoplastika üsullarıvə onların uzunmüddətli nəticələri diqqət mərkəzində olub.
Eyni zamanda, dərin ön lamellyar keratoplastikadan sonra gözyaşı təbəqəsində iltihabi və antiiltihabi sitokinlərinqiymətləndirilməsi, eləcə də endotelial keratoplastika zamanıoptimal nəticələrin biomarkerləri kimi elmi mövzular da təqdimedilib.
Konfrans çərçivəsində aparılan müzakirələr həm nəzəribiliklərin, həm də praktiki təcrübənin paylaşılmasına şəraityaradır və aparılan elmi diskussiyalar oftalmologiya sahəsində yeniyanaşmaların formalaşmasına töhfə verəcək.