RU

FHN: 85 milyon manat sel fəsadlarının aradan qaldırılmasına yönəldiləcək

Bakı.Trend:

Bu il mart ayının sonu aprelin əvvəlində respublikaının şimalrayonları və Abşeron rayonları ərazisində istisna təbiət hadisəsibaş verib. Belə ki, həmin günlərdə ölkə ərazisinə həddindən artıqyağıntılar düşüb. Təkcə 3 gün ərzində Abşeron yarımadasında illikstatistik normanın 50%-dən artıq normada yağış yağması qeydəalınıb.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in nümayəndəsi ElxanƏsədov deyib.

O bildirib ki, daşqınların miqyası müxtəlif fəsadlara səbəbolur. Hadisə baş verən kimi Prezident İlham Əliyevin tapşırığı ilədigər qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin bütünstrukturları gücləndirilmiş iş rejiminə keçib. Nazirliyinəməkdaşları və digər aidiyyəti qurumların xilasediciləri dərhaltəbii fəlakət baş vermiş ərazilərə cəlb olunublar.

“İlkin mərhələdə axtarış-xilasetmə işləri aparılıb. Bununlaparalel olaraq layihə institutlarının mütəxəssisləri tərəfindənzərərin miqyasını müəyyənləşdirmək məqsədilə ərazilərdətexniki-mühəndis baxışları keçirilib. Bu prosesdə Fövqəladə HallarNazirliyinin əməkdaşları ilə yanaşı, ziyan dəymiş infrastrukturqurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələridə iştirak ediblər.

Qısa müddət ərzində aparılan müayinələrin nəticələriyekunlaşdırılaraq müvafiq qurumlara təqdim edilib. Aprelin 28-dəPrezident İlham Əliyevin müvafiq sərəncamı ilə sel və daşqınlarınnəticələrinin aradan qaldırılması istiqamətində mühüm tədbirlərinicrasına başlanılıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə vədigər dövlət qurumlarına müvafiq maliyyə vəsaiti ayrılıb”.

FHN nümayəndəsi qeyd edib ki, ayrılmış 85 milyon manat vəsaitəsasən evləri dağılan vətəndaşlar üçün yeni fərdi yaşayış evlərinintikintisinə, su altında qalmış 61 evin təmirinə və zərərçəkənlərəkirayə haqlarının ödənilməsinə yönəldiləcək.

“Bundan əlavə, dağılan istinad divarlarının bərpası və digərinfrastrukturun yenidən qurulması da nəzərdə tutulur. Dövlətqurumları isə ayrılan vəsaitləri həm maddi-texniki bazanıngücləndirilməsinə, həm də dəymiş ziyanın aradan qaldırılmasına sərfedəcəklər.

Qeyd olunmalıdır ki, fövqəladə hallar dünyanın bütün ölkələrindəbaş verir. Lakin bir çox ölkələrdə zərərin ödənilməsi əsasənsığorta mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycanda dasığorta institutları inkişaf etməkdədir və bu sahədə qanunvericilikbazası təkmilləşdirilir.

Bu baxımdan vətəndaşlara və sahibkarlara əmlaklarını vaxtındasığortalamaq tövsiyə olunur. Bu, gələcəkdə mümkün zərərlərin dahaoperativ şəkildə aradan qaldırılmasına imkan yaradır”.

E.Əsədov vurğulayıb ki, son illər ərzində ölkə rəhbərliyitərəfindən baş vermiş təbii fəlakətlərin nəticələrinin aradanqaldırılması üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb.

“Buna 2010-cu ildə Kür daşqınları, 2012-ci ildə şimal-qərbbölgəsində baş verən zəlzələ, eləcə də 2019-cu ildə Şamaxı,İsmayıllı və Ağsu rayonlarında qeydə alınan zəlzələlər misalgöstərilə bilər.

Bu addımlar dövlətin humanist siyasətinin göstəricisidir.Bununla yanaşı, vətəndaşların da məsuliyyətli davranaraq sığortaimkanlarından istifadə etməsi ümumi yükün azaldılmasına töhfə verəbilər”.

Избранный
57
3
az.trend.az

4Источники