RU

KİV: Yaponiyanın neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyaya məxsus neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, 2 milyon barel xam neft daşıyan Yaponiyanın “İdemitsu Maru” tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib. Bildirilib ki, sözügedən tanker aprelin 17-də Səudiyyə Ərəbistanının Ras Tanura limanından yola düşüb.

Qeyd edək ki, “İdemitsu Maru” tankeri fevralın sonlarından etibarən Səudiyyə Ərəbistanının limanında yerləşib.

Haşim Rahimi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
2
apa.az

3Источники