RU

Xocavənddə daha 68 ailəyə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Xocavəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
  • Xocavənddə
Избранный
99
3
day.az

10Источники