RU

Hansı yağda yemək bişirmək daha sağlamdır?

Amerikalı dietoloq Sapna Peruvemba yemək bişirmək üçün ən faydalı yağı açıqlayıb.

Ölkə.az xəbər verir ki, onun tövsiyəsi "Real Simple" nəşrində dərc olunub.

Mütəxəssis qızartma və salatlar üçün ən sağlam bitki yağı kimi zeytun yağını göstərib.

Onun sözlərinə görə, zeytun yağı ürək üçün faydalı olan tək doymamış yağlarla zəngindir və tərkibində güclü antioksidant sayılan polifenollar var. Bu maddələr iltihabı azaltmağa, qandakı lipid səviyyəsini aşağı salmağa və ürək-damar sağlamlığını dəstəkləməyə kömək edir.

Dietoloq əlavə edib ki, zeytun yağının digər bitki yağlarından fərqli olaraq tüstülənmə temperaturu daha yüksəkdir. Bu da qızartma zamanı hüceyrə membranlarını zədələyə və orqanizmdə oksidləşdirici stressi artıra bilən təhlükəli birləşmələrin yaranmasının qarşısını alır.

Onun sözlərinə görə, rafinə olunmuş zeytun yağının tüstülənmə temperaturu 199–243 dərəcə, extra virgin (ilk sıxım) zeytun yağının isə 177–210 dərəcə Selsi arasında dəyişir. Bu da onu gündəlik yemək bişirmək üçün universal seçimə çevirir.

Həmidə İbrahimova

Избранный
43
1
olke.az

2Источники