Həm görünüşü, həm də teksturası ilə diqqət çəkən rus peçenyesi kimi tanınan bu şirniyyat ev şəraitində hazırlansa da, dadı və keyfiyyəti ilə hazır satılanlardan heç də seçilmir.
Pravda.az bildirir ki, bu reseptin əsas sirri peçenyeler bişirdikdən dərhal sonra çıxarmayıb, bir müddət sobada gözlətməkdir.
Xəmiri üçün:
200 q kərə yağı
2 ədəd yumurta sarısı
200 ml qaymaq (33-35%-lik)
Yarım çay qaşığı qabartma tozu
3 stəkan un
Beze üçün:
2 ədəd yumurta ağı
1 çay stəkanı (armudu stəkan) şəkər tozu
Arasına səpmək üçün:
Yarım stəkan qoz (xırdalanmış)
Peçenyeləri bulamaq üçün:
Şəkər kirşanı
Xəmirin hazırlanması: Kərə yağı, şəkər kirşanı və un qarışdırılaraq yumşaq xəmir əldə edilir. Xəmir soyuducuda dincəldildikdən sonra kiçik kündələrə bölünür.
Beze qatı: Yumurta ağı və şəkər tozundan hazırlanan qatı köpük (beze), hazırlanan xəmirlərin üzərinə əlavə olunur.
Bişirmə texnikası: Peçenyeler aşağı temperaturda bişirilir. Ən vacib məqam isə bişmə müddəti bitdikdə sobanı söndürmək və peçenyeləri sobanın içində soyumağa buraxmaqdır. Bu, bezenin tam qurumasını və xəmirin ağızda dağılan konsistensiya almasını təmin edir.
Əminə Bayramova