RU

Bakıda ölən 1 yaşlı körpənin ölüm səbəbi AÇIQLANDI RƏSMİ

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi Bakıda 1 yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada ölüb. 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyevin pnevmoniyadan öldüyü qeyd edilmişdi.Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, TƏBİB körpənin ölüm səbəbi ilə bağlı açıqlama verib.

 

Qeyd olunub ki, aprelin 25-i saat 11:00 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub: “Körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib.Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə Komissiyası tərəfindən araşdırılır”.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
6
bizim.media

7Источники