Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Turun mərkəzi oyunu Şamaxıda baş tutub. Burada lider "Xankəndi" 2-ci yerdəki "Qaradağ Lökbatan"la qarşılaşıb. Komandalar hərəyə 1 qol vurmaqla heç-heçəyə razılaşıb.
Digər görüşdə "Şəmkir" "Quba"nı qəbul edib. Qonaqlar 5:2 hesablı qələbə qazanıb.
28 aprel (çərşənbə axşamı)
16:00. “Xankəndi” – “Qaradağ Lökbatan” - 1:1
Qollar: E.Nəsibov, 45+5 // F.Abbaslı, 90+ 7
Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi "Xankəndi")
Şamaxı OİK stadionu
16:30. “Şəmkir” – “Quba” - 2:5
Qollar: R.Abdullayev, 57, C.Cəlalzadə, 65 // V.Cəfərov, 18, 71-pen; R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73
Şəmkir OİK Stadionu
26 aprel (bazar)
“Ağstafa Gəncləri” – “Kür-Araz” - 0:1
“Dinamo” – “Şirvan” - 5:0
27 aprel (bazar ertəsi)
“Araz Saatlı” – “Göygöl” - 2:1
“Şəki Siti” – “Ağdaş” - 1:5
