RU

Balıqçılar nadir rast gəlinən ikirəngli omar tutublar

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Keyp-Kod sahillərində balıqçılar son dərəcə nadir rast gəlinən ikirəngli omar (lobsterr) aşkar ediblər. Mütəxəssislər belə bir canlının tapılma ehtimalını 50 milyonda 1 kimi qiymətləndirirlər.

Ölkə.Az "UPI"yə istinadən xəbrə verir ki, gəmi sahibi olan şirkət omarın unikal "yarıbayarı" rənginin nadir genetik mutasiyanın nəticəsi olduğunu bildirib. Balıqçılar bu dəyərli ovu satmamaq və ya qida kimi istifadə etməmək qərarına gəliblər. Onlar canlını nümayiş etdirilməsi üçün Vuds-Hol Elmi Akvariumuna təhvil veriblər.

Hazırda akvarium təmirdə olduğu üçün omar müvəqqəti olaraq NOAA Fisheries (Milli Okean və Atmosfer Administrasiyası) Vuds-Holdakı Dəniz Bioloji Laboratoriyasının nəzarəti altında saxlanılır.

Dəniz bioloqları məsələ ilə bağlı açıqlama verərək bildiriblər: "Belə bölünmüş omar növlərinə çox nadir hallarda rast gəlinir. Onlar parlaq yarıbayarı rəng çalarını yaradan unikal genetik variasiyalar nəticəsində meydana gəlirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
olke.az

2Источники