RU

Tovuzda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq işləri uğurla davam etdirilir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tovuz, 28 aprel, AZƏRTAC

Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində abadlıq və quruculuq işləri uğurla davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, görülən işlər şəhərin estetik görünüşünün yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili və müasir şəhər infrastrukturunun formalaşdırılması məqsədi daşıyır. Bu istiqamətdə Tovuz şəhəri ərazisində yerləşən parklardan birində əsaslı yenidənqurma işləri aparılıb. Parkın ərazisində müasir tələblərə uyğun abadlıq işləri görülüb, yeni gül kolları və dekorativ ağaclar əkilib, geniş yaşıllıq zolaqları və müasir qazon örtüyü salınıb. Eyni zamanda, sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə yeni səki xətləri çəkilib.

Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən rayonun digər ərazilərində də bu qəbildən olan abadlıq və quruculuq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Müxbir - Ruslan Novruzoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
1
azertag.az

2Источники