RU

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin X hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, görüş əsas regional və beynəlxalq məsələlərə, həmçinin siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində Roma ilə Bakı arasında tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunub:

"İtaliyanın Baş naziri Corciya Meloninin gözlənilən səfərinə hazırlıq və yanvar ayında imzalanmış Fəaliyyət Planı çərçivəsində geniş müzakirələr aparılıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
axar.az

3Источники