RU

ABŞ pasportları üzərində Trampın şəkili olacaq

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ pasportları üzərində Trampın şəkili olacaq.

Modern.az xəbər verir ki, ABŞ-nin Dövlət Departamenti ölkənin 250 illiyi münasibətilə yeni pasport dizaynı üzərində işi başa çatdırmaq üzrədir.

Məlumata görə, sənədin dizaynına ABŞ-nin Prezidenti Donald Trampın təsvirinin daxil edilməsi ehtimalı nəzərdən keçirilir. Bu barədə “The Bulwark” nəşri yazıb.

Bildirilir ki, 25 min nüsxə ilə məhdud tirajın buraxılması müzakirə olunur. Təklif edilən dizayna əsasən, pasportun daxilində ənənəvi vizual elementlər əvəzinə Trampın portreti və imzası yerləşdirilə bilər.

Ekspertlər bu təşəbbüsü presedentsiz adlandırırlar. Qeyd olunur ki, müasir pasportlarda fəaliyyətdə olan və ya yaxın dövrdə hakimiyyətdə olmuş liderlərin təsvirindən istifadə olunmur.

Hazırda layihə yekun təsdiq mərhələsini gözləyir. Trampın portretinin son dizayna daxil ediləcəyi ilə bağlı isə hələlik rəsmi təsdiq verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
modern.az

1Источники