RU

Sertifikasiyadan kəsildiyinə görə işdən çıxarılan müəllimlə direktorun ailəsi arasında dava

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İmişli rayonunda sertifikasiya imtahanından kəsilmiş müəllimlə məktəb direktoru arasında yaranmış mübahisə polis şöbəsi və məhkəmə zalına qədər gedib çıxıb.

Bizimyol.info xəbər verir ki, mübahisə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Füzuli rayon 20 saylı tam orta məktəbin direktoru Umudvar Ağayevlə 2011-ci ildən həmin məktəbdə ingilis dilini tədris etmiş Xəzər müəllim arasında yaranıb. Hadisə isə məktəb direktorunun evinin qarşısında baş verib.

2025-ci ilin yayında müəllimlə əmək müqaviləsinə xitam verilib. Bundan sonra o, ödənilməmiş əməkhaqqını tələb etmək üçün direktorun evinə gedib. Təqsirləndirilən müəllimin sözlərinə görə, Umudvar Ağayev telefon zənglərinə cavab vermədiyindən, həm də münasibətləri imkan verdiyindən evinə getmək qərarına gəlib.

Müəllimin dediyinə görə, həmin gün direktorun ailə üzvləri – həyat yoldaşı, oğlu, qızı və kürəkəni birləşib döyüblər. Həm dəmirlə vurublar, həm də yerə yıxılandan sonra təpikləyiblər: “Sifətim qan içində idi. Ətrafı görə bilmirdim. Kimsə məni dartıb onların əlindən aldı. Məni dayımgilə apardı, onların evində üzümü yudum”.

Direktorun ailə üzvləri isə əksini iddia edir. Onun qızı Zülfiyyə hadisədən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib.

Müəllimin haqqında cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə ittiham irəli sürülüb. Umudvar Ağayevin həyat yoldaşı və qızı zərərçəkmiş qismində tanınıb. Onlar bildirib ki, evlərinin həyətində olduqları vaxt qəfildən Xəzər müəllim hücum edib, hamısını da döyüb, xəsarət yetirib.

İmişli Rayon Məhkəməsinin hökmü ilə müəllimə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Lakin onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi dekabrda “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul olunmuş Amnistiya Aktının təsiri aktına düşdüyünə görə o, cəzadan azad edilib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
bizimyol.info

1Источники