ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.
Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il təvəllüdlü Ayla Ağahəsən qızı Əliyevanın meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.