RU

NASA: ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

ABŞ kosmik proqramında əsaslı dəyişikliklər etməsə, Çin Ay yarışında ona uduzmaq riski ilə üzləşə bilər.

AZƏRTAC xəbər verir ki, bu qiymətləndirməni NASA administratoru Cared İsaakman Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib.

Çinin kosmik tədqiqatlardakı uğurlarını şərh edən İsaakman bildirib ki, o, artıq bu ölkəni “demək olar ki, ABŞ-a bərabər” hesab etmir: “Düşünürəm ki, onlar bizə çatmağa xeyli yaxınlaşıblar. Onlar inanılmaz dərəcədə sürətlə irəliləyirlər. Hesab edirəm ki, altı ay əvvəl bu barədə bildiyimiz bir çox məlumat artıq aktual deyil; onlar bu müddətdə iki nəsil irəliləyiblər”.

İsaakmanın sözlərinə görə, NASA dəyişikliklər tətbiq etməli, “yanaşmanı vahidləşdirməli, əsas bacarıqları bərpa etməli və “əzələ yaddaşını” yenidən formalaşdırmalıdır”.

“Kosmosda bizimlə rəqabət aparacaq geosiyasi rəqibin olmadığı onilliklərdə hər kəsi məmnun etməyə çalışmaq mümkün idi. Lakin bu yanaşmanı indi də davam etdirsək, heç kim razı qalmayacaq, çünki bizdən əvvəl Aya enən taykonavtları görə bilərik”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
3
azertag.az

5Источники