RU

Tramp “İran nüvə silahı alsa, dünya girov olar”

ABŞ prezidenti Donald Tramp Almaniyanın kansleri Fridrix Merts haqqında sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp Mertsin İranla bağlı mövqeyini kəskin tənqid edərək bildirib ki, Almaniya lideri bu məsələdə nə danışdığını anlamır.

Onun sözlərinə görə, əgər İran nüvə silahına sahib olsaydı, bu, bütün dünyanın girov vəziyyətinə düşməsi demək olardı. Tramp vurğulayıb ki, hazırda gördüyü addımlar digər ölkələrin və əvvəlki prezidentlərin çoxdan atmalı olduğu qərarlardır.

ABŞ lideri əlavə edib ki, Almaniyanın həm iqtisadiyyatda, həm də digər sahələrdə zəif nəticələr göstərməsi təəccüblü deyil.

 

Musavat.com

Избранный
62
14
musavat.com

6Источники