Tovuz, 29 aprel, AZƏRTAC
Tovuz rayonu ərazisində avtomobil qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dondarquşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu