RU

Tovuzda yol qəzası: xəsarət alanlar var

Tovuz rayonu ərazisində avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Dondarquşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
79
3
publika.az

6Источники