RU

Azərbaycan-Çexiya münasibətləri: strateji tərəfdaşlıq yeni mərhələyə yüksəlir

Bakı. Trend:

Başa çatmaq üzrə olan aprel ayı Azərbaycanın xarici siyasətibaxımından məhsuldar bir dövr kimi xarakterizə edilə bilər. Bu ayərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstandadövlət səfərində olması, Türkiyədə Antalya Diplomatiya Forumundaiştirakı, Latviya və Ukrayna prezidentlərinin, Litva və Çexiya başnazirlərinin ölkəmizə səfər etmələri respublikamızın yürütdüyüçoxvektorlu xarici siyasət kursundan xəbər verir.

Eyni zamanda bu səfərlərin hər biri Azərbaycanın beynəlxalqarenada güclü mövqelərinin olduğunu nümayiş etdirən mühüm geosiyasifaktorlardır. Bu kontekstdə diqqəti çəkən əsas məsələlərdən biribudur ki, aprel ayında Azərbaycana Avropa İttifaqının (Aİ) üzvüolan üç dövlətin rəhbərləri səfər ediblər. Litva Baş naziri İnqaRuqiniene və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdənsonra Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəriilk növbədə belə bir reallığı ortaya qoyur ki, Aİ siyasidairələrində Azərbaycanla münasibətlərə və tərəfdaşlığa böyük önəmverilir.

Azərbaycanın həm Baltik dövlətləri, həm də Ukrayna ilə olduğukimi Çex Respublikası ilə də sıx siyasi münasibətləri var. Çexiyahəm də Azərbaycanın Aİ-dəki strateji tərəfdaşlarından biridir. Beləki, bu ölkənin sabiq Prezidenti Miloş Zemanın 2015-ci ilin sentyabrayında Azərbaycana rəsmi səfəri zamanı “Azərbaycan Respublikası vəÇex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında BirgəBəyannamə” imzalanıb. İndiyədək iki dövlətin rəhbərləri arasındabir neçə dəfə qarşılıqlı səfərlər olub. Bu səfərlərin hər biriikitərəfli əlaqələrin inkişafına təkan verib, əməkdaşlığıngücləndirilməsi ilə yadda qalıb.

Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev və ÇexRespublikasının Baş naziri Andrey Babiş yanvar ayında Davosİqtisadi Forumunda da görüşmüş və söhbət zamanı iki ölkə arasındasiyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələriəhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlarınolduğu vurğulanmışdı. O cümlədən, münasibətlərimizindərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərinönəminə toxunulmuşdu. Çexiyanın Baş nazirinin Azərbaycana bugünlərdə reallaşan rəsmi səfəri isə göstərdi ki, əlaqələrin daha dainkişafında maraqlı olan və siyasi iradə nümayiş etdirən hər ikidövlətin rəhbərliyi arasında fəal dialoq formalaşıb. Eyni zamanda,Çexiya Baş nazirini səfər zamanı onu bu ölkənin 50 şirkətininnümayəndələrinin təmsil olunduğu geniş biznes heyətinin müşayiətetməsi və Qəbələdə Azərbaycan-Çexiya biznes-forumunun keçirilməsihər iki dövlətin xüsusən iqtisadi əlaqələri dərinləşdirməkdəmaraqlı olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevlə Andrey Babişin Qəbələdə keçiriləngörüşündə həm ikitərəfli, həm regional, həm də qlobal məsələlərətrafında fikir mübadiləsi aparıldı. Məlumdur ki, Çexiya Azərbaycanneftinin Avropadakı əsas alıcılarından biridir. Hazırda bu ölkəninidxal etdiyi neftin 42 faizi Azərbaycandan daxil olur. İki dövlətarasındakı ticarət dövriyyəsinin strukturunda da əsas yeriAzərbaycanın neft ixracı tutur. Lakin Qəbələdə keçirilən görüşdəmüzakirə olunan məsələlər və biznes-forumda əldə olunanrazılaşmalar yaxın gələcəkdə ticarət dövriyyəsinin strukturunundəyişəcəyini proqnozlaşdırır. Mətbuata bəyanatla çıxışındaPrezident İlham Əliyev bu barədə deyib:

«Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarətdövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün dəticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyondollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturunabaxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözədəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını vəstrukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, bizbuna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həmheyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkretiqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir».

Bildiyimiz kimi, son illərdə Avropada enerji təhlükəsizliyi dahada aktuallaşıb. Çex Respublikasının Azərbaycandan həm də təbii qazidxal etmək istəyi məhz bundan irəli gəlir. Andrey Babişin səfərizamanı bu məsələ də müzakirə olunub və beləliklə, Çexiya yaxıngələcəkdə Azərbaycanda təbii qaz alan növbəti Aİ dövləti olacaq.Lakin Azərbaycanın Çexiyaya təbii qaz satışı Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, sadəcə enerji resurslarının ixracıəməliyyatları olmayacaq. Çünki Azərbaycan Çexiyaya təbii qazixracına daha geniş miqyaslı və uzunmüddətli əməkdaşlıq kimiyanaşır.

Azərbaycanla Çexiya arasında indiyədək uğurlu əməkdaşlığınhəyata keçirildiyi sahələrdən biri müdafiə sənayesidir.Respublikamız indiyədək Çexiyadan bir çox hərbi təyinatlı məhsullaralıb. Lakin hər iki dövlət qarşıdakı dövrdə müdafiə sənayesində həmdə birgə istehsalata başlamağı planlaşdırır və bu,Azərbaycan-Çexiya əməkdaşlığında yeni mərhələ açacaq.

Çexiyada nəqliyyat sənayesi sferasında da qabaqcıl təcrübə var.Təsadüfi deyil ki, səfər zamanı Çexiya Baş nazirini bu ölkənintanınmış nəqliyyat şirkətlərinin təmsilçiləri də müşayiətedirdilər. Bu sahədə də əməkdaşlığın inkişafı hər iki dövlətə böyükölçüdə iqtisadi fayda gətirəcək.

Baş nazir Andrey Babişin ölkəmizə rəsmi səfəri göstərdi ki,Azərbaycan-Çexiya münasibətləri yalnız siyasi sfera iləməhdudlaşmayaraq, iqtisadi əməkdaşlığın, müdafiə sənayesinin,enerji təhlükəsizliyinin və digər sahələrin əhatə olunduğuçoxşaxəli tərəfdaşlıq müstəvisindən ibarətdir. Bir daha göründü ki,Aİ üzvü olan dövlətlər ölkəmizlə əlaqələri yüksək dəyərləndirir,bütün sahələrdə əməkdaşlığın qurulmasına və inkişafına maraqgöstərirlər. Bu, həm də Azərbaycanın yüksək qlobal nüfuza malikolmasından, ölkəmizin beynəlxalq səviyyədə ehtiramlaqarşılanmasından xəbər verir. Bütün bunlar isə Azərbaycanınuğurlarına qarşı qarayaxma kampaniyası həyata keçirməklə məşğulolan antimilli qrupların bütün planlarını fiaskoya uğradır. Millitəəssübkeşlikdən və etik-əxlaqi dəyərlərdən tamamilə uzaq olanhəmin ünsürlər Azərbaycan xalqının əbədi nifrətini qazanıblar.Özlərini müxalifətçi obrazında qələmə verməyə çalışsalar da,respublikamızın ictimaiyyəti tərəfindən onlar Qərbdəkiantiazərbaycançı siyasi dairələrin sifarişlərini yerinə yetirənmanqurtlar kimi qəbul olunurlar. Bütün məkrli fəaliyyətləriniAzərbaycan dövlətinə və onun maraqlarına ləkə vurmağa həsr edən,Ermənistan üzərindəki tarixi zəfərimizi sosial şəbəkələrdə gözdənsalmağa cəhdlər göstərən bu ünsürlər üçün vətən və xalqanlayışlarının heç bir mənası və əhəmiyyəti yoxdur. Ümumiyyətlə, buadamlar üçün həyatda müqəddəs heç nə yoxdur. Onların bütünriyakarlıqları isə Azərbaycanın yüksəlişi və uğurları qarşısındaiflasa uğrayır. Bu gün Azərbaycanın ABŞ-dan Avropaya və Çinə qədərsöz sahibi olan siyasi mərkəzlərlə əməkdaşlığının yeni mərhələyəqədəm qoyması, Prezident İlham Əliyevin bütün nüfuzlu və aparıcısiyasi dairələrdə ehtiramla qarşılanması göstərir ki,antiazərbaycançı şəbəkə heç vaxt öz niyyətinə çatmayacaq.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Избранный
100
5
az.trend.az

6Источники