RU

Çempionlar Liqası: "Atletiko Madrid" "Arsenal"la qarşı-qarşıya

BAKI, 29 aprel. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti ilk görüşü baş tutacaq.

Teleqraf xəbər verir ki, İspaniya təmsilçisi “Atletiko Madrid” “Metropolitano” stadionunda İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı niderlandlı referi Danni Makkeli idarə edəcək.

Bu komandalar arasında cavab oyunu mayın 5-də keçiriləcək.

Qeyd edək ki, ilk yarımfinal oyununda PSJ Fransada Almaniyanın “Bavariya” klubunu 5:4 hesabı ilə məğlub edib. Cavab görüşü mayın 6-da olacaq.

Избранный
55
3
teleqraf.com

10Источники