RU

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Ötən gecə Yevlaxda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Yevlax-Ləki yolunda dəhşətli qəza: 10 yaşlı uşaq öldü - ÖZƏL


Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ağdaş rayonunun Ləki kəndindən Şuşaya gedən keçmiş məcburi köçkün ailəsi qəzaya düşüb.

Hadisə Yevlax rayonunun Kövər kəndi ərazisindən keçən yol hissəsində baş verib.
 

Qəza nəticəsində 2016-cı il təvəllüdlü Südabə Əliyeva dünyasını dəyişib. Yaralılar isə onun babası, 1967-ci il təvəllüdlü Şakir Həsənov və anası Həyat Əliyevadır.


Onlar dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Избранный
52
bizim.media

1Источники