RU

Kriptobirjada əsas aktivlərdə nisbi bahalaşma olub

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kriptovalyuta bazarında əsas aktivlərdə artım müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında bazarın ümumi kapitallaşması son 24 saatda 0,46% artaraq 2,58 trilyon dollara yüksəlib.

Son 24 saatda “Bitcoin”in qiyməti 0,39% artaraq 77 222 dollara, “Ethereum”un qiyməti 1,59% artaraq 2 325 dollara, BNB-nin qiyməti isə 0,28% artaraq 627 dollar səviyyəsinə yüksəlib.

Eyni dövrdə “Bitcoin Cash” 1,32% bahalaşaraq 454 dollar, “Monero”1,08% bahalaşaraq 380,5 dollar, “Zcash” 4,88% bahalaşaraq 338,5 dollar olub. “Bittensor” isə 6,13% artımla günün ən çox yüksələn aktivlərindən biri olub.

Qızıla bağlı tokenlərdə isə azalma müşahidə edilib. “Tether Gold”un qiyməti 1,16%, “PAX Gold”un qiyməti isə 1,17% azalıb.

Analitiklərə görə, bazarda müşahidə olunan bu dinamika əsasən altkoinlərə yönələn alışların artması və investorların risk iştahasının qismən bərpası ilə izah olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
2
apa.az

3Источники