RU

Yevlaxda ağır qəza - 10 yaşlı qız öldü

YEVLAX, 29 aprel. TELEQRAF

Yevlax rayonunun Kövər kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu müxbiri xəbər verir ki, Şuşa şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənov Şakir Şəmil oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 2016-cı il təvəllüdlü Əliyeva Südabə Amil qızı ölüb.

Избранный
67
4
teleqraf.com

10Источники