RU

"Prezident Kuboku 2026": Beynəlxalq reqatada mükafatçılar müəyyənləşir

Bu gün Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında yarışlar start götürəcək.

Fanat.Az xəbər verir ki, avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafəyə yarışlarda qüvvələrini sınayacaqlar. 

Mübarizə saat 12:00-da, final mərhələsi isə 14:10-da başlayacaq.

Günün sonunda mükafatçılar müəyyənləşəcək. 

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Избранный
41
15
fanat.az

10Источники