RU

Türkiyə DİN in rəhbəri: Narkotiklər müxtəlif cinayətləri qidalandıran “qaranlıq arteriyadır”

Azertag saytına istinadən ain.az xəbər verir.

Ankara, 29 aprel, AZƏRTAC

2026-cı il yanvarın 1-dən aprelin 25-dək Türkiyədə narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində 17.188 əməliyyat keçirilib, ümumilikdə 16,8 ton narkotik maddə, 51,2 milyon güclü həb və 49.000 çətənə kolu müsadirə edilib. İlin əvvəlindən bəri hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən 298 mütəşəkkil cinayətkar qrupdan 46-sı narkotik qaçaqmalçılığı ilə birbaşa əlaqəli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi jurnalistlərə açıqlamasında bildirib.

Nazir narkotikləri küçə zorakılığı, qanunsuz pul axını şəbəkələri və terrorizmin maliyyələşdirilməsi də daxil olmaqla müxtəlif növ cinayətləri qidalandıran “qaranlıq arteriya” adlandırıb.

“Narkotik maddələrə həvəs yaradan, onlardan istifadəni adi hal kimi qəbul etdirən və ya maraq oyadan hər hansı bir fəaliyyət olduqca zərərlidir. Həmçinin mediada narkotikdən asılı insanların təcrid və təhqirindən çəkinmək, onları çarəsiz və ya başqaları üçün təhlükəli kimi qəbul etməmək lazımdır”, - deyə M. Çiftçi vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
azertag.az

2Источники