RU

I Liqa: "Şəfa" autsayderi qəbul edir, "Mingəçevir" "Zaqatala"ya qarşı

Azərbaycan I Liqasında XXIV tur başlayır. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk günündə 3 görüş baş tutacaq.

Bugünkü qarşılaşmalardan ikisi "Bayıl Arena"da, digəri Mingəçevirdə reallaşacaq. 

Paytaxtda əvvəlcə MOİK ilə "Şahdağ Qusar" münasibətlərinə aydınlıq gətirəcəklər. Bayıldakı son qarşılaşmada isə lider "Şəfa" ötən tur sonuncu pillədən qurtulan "Şimal"ı sınağa çəkəcək.

Bölgədə keçiriləcək yeganə oyunda isə "Mingəçevir" "Zaqatala"nı qəbul edəcək.

Azərbaycan I Liqası
XXIV tur
29 aprel 

MOİK – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sənan Atayev, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bayıl Arena”, 15:00

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Emin Cəfərov
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança), 16:30

“Şəfa” – “Şimal” 
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Elmin Süleymanov, Niyaz Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bayıl Arena”, 19:30

Избранный
27
fanat.az

1Источники