RU

Energetika naziri İƏT Təmiz Enerji Mərkəzinin icraçı direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla İqtisadi ƏməkdaşlıqTəşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçıdirektoru Aysel Yaqubova arasında görüş keçirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Təmiz Enerji Mərkəzinin regionaləməkdaşlıq platforması kimi fəaliyyəti, planlaşdırılan layihələr vəbirgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsiaparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi ƏməkdaşlıqTəşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi ÖlkəSazişi”ndən irəli gələn məsələlər, həmçinin qurumunmaliyyələşdirilməsi, beynəlxalq təşkilatlar, enerji şirkətləri vəmaliyyə institutları ilə tərəfdaşlıq imkanları müzakirə olunub.Mərkəzin İƏT-ə üzv dövlətlər üzrə bərpa olunan enerji və enerjisəmərəliliyi sahəsində mövcud milli qanunvericilik, normativ hüquqiaktlar və siyasət çərçivələrinin mərkəzləşdirilmiş toplusunuformalaşdırmaq kimi planları diqqətə çatdırılıb. Belə təşəbbüslərininvestorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçünfaydalı olacağı qeyd edilib. Həmçinin bildirilib ki, Təmiz EnerjiMərkəzi əhatə etdiyi ölkələrdə müvafiq sahədə bilik və bacarıqlarınartırılmasına, təcrübə mübadiləsinə dəstək verməyi, regional vəbeynəlxalq forumlarda iştirakını genişləndirməyi planlaşdırır.

Söhbət zamanı Energetika Nazirliyinin Mərkəzin fəaliyyətinədəstəyi ifadə olunub və Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyi ilə birgə tədbirlərin keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Mərkəz İƏT-in ixtisaslaşmış qurumu olmaqla yanaşı,BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional DayanıqlıEnerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsikimi 2025-ci ilin sentyabrından fəaliyyətə başlayıb.

Energetika
Energetika
Məqalədə:
Избранный
43
7
az.trend.az

9Источники