RU

Təyyarə qəzası: Uçuşlar dayandırıldı

Cənubi Avstraliyanın Adelaide şəhəri yaxınlığında yerləşən Parafield Hava Limanında kiçik bir təyyarənin hangara çırpılması nəticəsində yanğın baş verib. 

Hava limanı bütün uçuşlar üçün bağlanıb.

"Cebheinfo.az" xəbər verir ki, kiçik təyyarə eniş etməyə çalışarkən hələlik məlum olmayan səbəbdən uçuş zolağı yaxınlığındakı hangara çırpılıb.

Toqquşmanın təsiri ilə hangarda böyük yanğın başlayıb və ərazidən qalın qara tüstünün yüksəldiyi bildirilib.

Hadisədən sonra təcili yardım və xilasetmə qrupları əraziyə cəlb olunub, hava limanı ətrafı təhlükəsizlik səbəbilə təxliyə edilib.

Hava limanının sözçüsü bütün hava nəqliyyatının dayandırıldığını və yanğının söndürülməsi işlərinin davam etdiyini açıqlayıb.

Təyyarədə neçə nəfərin olduğu və ya hangarda xəsarət alanların olub-olmaması ilə bağlı hələ rəsmi məlumat verilməyib.

Səlahiyyətlilər tüstünün geniş əraziyə yayıldığını bildirərək ətraf sakinləri qapalı məkanlarda qalmağa və hadisə yerindən uzaq durmağa çağırıblar.

Избранный
35
1
cebheinfo.az

2Источники