"İldən-ilə Azərbaycanda ümumdaxili məhsulda özəl sektorun rolu artır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, özəl sektorda olan resurslar sonsuz deyil:
"Həmin resurslara əlçatanlığın ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət mərkəzimizdədir. Sahibkarların qarşısında duran çağırış və imkan məşğulluğun artırılması istiqamətindədir. Özəl sektorlar ixrac bazarında çıxışda əhəmiyyətli yer tutur".