RU

Ötən gün 78 cinayətin açılması təmin edilib

Ötən

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Aprelin 28-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Uılusum.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 125, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi

Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub

Избранный
36
49
ulusum.az

10Источники