RU

ABL: Final seriyası start götürür

Bu gün Azərbaycan Basketbol Liqasının final seriyası başlayır.

Fanat.Az xəbər verir ki, ölkənin ən güclüsü "Sabah" və "Abşeron Lions" arasında duellərdə bilinəcək.

İlk oyunda "bayquşlar" "Abşeron şirlərini" qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, seriya üç oyundan ibarət olacaq. İkinci və üçüncü duellər 2 və 5 may tarixlərində baş tutacaq. Ancaq üç oyundan sonra qalib müəyyən edilməsə, komandalar əlavə oyunlar da keçirəcəklər. 

Azərbaycan Basketbol Liqası
Final seriyası, ilk oyun
29 aprel

19:00. "Sabah" – "Abşeron Lions"
Bakı. İdman Sarayı.
 

Избранный
14
1
fanat.az

2Источники