RU

Sabiq birinci xanım da həbs edildi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yeolun həyat yoldaşı Kim Keon He səhm manipulyasiyası və rüşvətxorluğuna görə dörd il həbs cəzasına məhkum edilib. 

"Cebheinfo.az" xsrici mediaya istinadən xəbər veror ki, məhkəmə qərarını açıqlayıb və bildirib ki, o, nüfuzundan dəbdəbəli çantalar və brilyant boyunbağılar müqabilində istifadə edib.

Məhkəmə Kim Keon Heyə səhm qiymətlərinin manipulyasiyası və siyasi maliyyələşdirmə qanunlarını pozmaq ittihamları ilə bəraət qazandırıb, lakin prokurorluq qərardan apelyasiya şikayəti verib. 

Apellyasiya məhkəməsi Kim Keon Heenin aşağı ticarət dövriyyəsinə malik yerli bir şirkətin səhmlərinin qiymətini bir neçə investorla birlikdə manipulyasiya etdiyinə qərar verib və aşağı instansiya məhkəməsinin bəraət hökmünü ləğv edib. Nəticədə o, səhm manipulyasiyası və rüşvət ittihamları üzrə 4 il həbs cəzası alıb.

Avqust ayından etibarən həbsdə saxlanılan Hee bütün ittihamları rədd edib. Onun vəkilləri qərardan Cənubi Koreya Ali Məhkəməsinə şikayət verəcəklərini açıqlayıblar.

Qeyd edək ki, bu ilin yanvarında çıxarılan ilk qərarda Kim Keon Hee rüşvət ittihamı üzrə 1 il 8 ay həbs cəzası almış, digər ittihamlardan isə bəraət qazanmışdı.

Araşdırma zamanı müəyyən edilib ki, o, siyasi təsir imkanlarından istifadə etmək qarşılığında Birləşmə Kilsəsi rəsmilərindən ümumi dəyəri 80 milyon von olan çoxsaylı lüks çanta və brilyant boyunbağı qəbul edib.

Məhkəmənin açıqlamasında bildirilib ki, Kim Keon Hee nüfuzundan istifadə edərək rüşvət cinayəti törədib, hökumətin şəffaflığına ictimai etimadı sarsıdıb və ölkədə mühüm məsələlər ətrafında parçalanmaya səbəb olub.

Ona həmçinin 12,8 milyon von (təxminən 8 min 990 ABŞ dolları) məbləğində cərimə tətbiq edilib, rüşvət kimi aldığı brilyant boyunbağının isə müsadirəsinə qərar verilib.

Əfsanə

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
cebheinfo.az

2Источники