RU

Ölkədə yeni iqtisadi inkişaf modeli tətbiq edilir- Mikayıl Cabbarov

Hazırda ölkəmizdə yeni iqtisadi inkişaf modeli həyata keçirilir.

Bu sözləri “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafı mühüm mərhələrdən keçib. ÜDM-də özəl sektorun rolu artmaqdadır. Özəl sektor qarşısında duran çağırış məhz rəqabətin artırılmasıdır. Özəl sektora dövlət dəstəyi isə davam edir. Sahibkarlar üçün ixrac bazarlarının genişləndirilməsi əsas prioritet olmalıdır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Избранный
63
5
anews.az

7Источники