Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 29 aprel, AZƏRTAC
Türkiyənin "Fənərbağça” basketbol komandası Avroliqanın pley-off seriyasında ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi evdə Litvanın "Zalqiris" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 89:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında seriyanın ikinci matçı aprelin 30-da təşkil olunacaq.
Digər matçlarda “Olimpiakos” “Monako”nu (91:70), “Panatinaikos” “Valensiya”nı (68:67) məğlub edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.