RU

“Raket ehtiyatlarımız bir neçə illik müharibəyə kifayət edir” - İran rəsmisi

İran parlamentinin yüksək vəzifəli üzvü ölkənin raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarının “bir neçə illik müharibə” üçün kifayət etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayıb.

Məlumata görə, İran parlamentinin milli təhlükəsizlik komitəsi sədrinin müavini Əlaəddin Borucerdi açıqlamasında ölkənin Ali Liderin göstərişi ilə ABŞ ilə danışıqlara başladığını bildirib.

O qeyd edib ki, parlament sədri Məhəmməd Bağır Qalibaf bu prosesi “dəyərli təcrübə” kimi idarə edir və danışıqların nəticə verəcəyinə ümid var.

Borucerdi vurğulayıb ki, “danışıq masası güzəşt və alçaldıcı yer deyil” və İranın mövqeyinin prinsipial olaraq qalacağını bildirib.

Bununla yanaşı, bəzi mənbələrə istinadən yayılan məlumatlarda Qalibafın ABŞ-la danışıqlar qrupunun rəhbəri vəzifəsindən daxili fikir ayrılıqları səbəbindən istefa verdiyi iddia olunur.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
95
1
redaktor.az

2Источники