RU

Bakı Biznes Universitetinin müəlliminə HÖKM OXUNDU

ain.az bildirir, Lent az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəbrayıl Qənbərova hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Cəbrayıl Qənbərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.  

Xatırladaq ki, Bakı Biznes Universitetində metodist-müəllim işləmiş Cəbrayıl Qənbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir. Təqsirləndirilən şəxs zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
62
lent.az

1Источники