RU

Dronlar və robot platformalarının kameralarına neyron şəbəkələri qoşulub

“Rosel” holdinqi (“Rostex”-in bir hissəsi) pilotsuz uçuş aparatları, yerüstü və suüstü robot sistemləri üçün optikelektron sistemlər xətti hazırlayıb. Avadanlıq günün istənilən vaxtında hərəkətli və stasionar hədəfləri aşkarlaya bilər.

Herbiand.az bildirir ki, bu barədə “Rostex”-in mətbuat xidməti xəbər verib.

Məlumata görə, sistemlər xəttinə çəki, ölçü və aşkarlama diapazonu ilə fərqlənən yeddi model daxildir. Bütün modifikasiyalar enerjiyə qənaətlidir.

Ən kompakt məhsullar PUA-larda quraşdırmaq üçün, orta mənzilli cihazlar isə yerüstü robot platformalar üçün nəzərdə tutulub. Böyük cihazlar pilotsuz qayıqlar və gəmilər üçün hazırlanıb. Avadanlıq yol polisi tərəfindən yol hərəkətinin monitorinqi, eləcə də meşə müşahidəsi və yanğının aşkarlanması üçün istifadə edilə bilər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
44
herbiand.az

1Источники