RU

İran: ABŞ ın dəniz quldurluğuna qarşılıq vermək hüququmuz var

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Baş katibi António Quterreşə və BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda İranın ABŞ-ın hərəkətlərinə cavab vermək hüququna malik olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İrəvaninin Quterreşə məktubunun mətnini ölkə mətbuatı yayıb.

“İran İslam Respublikası bu aqressiv addımları və dövlət tərəfindən dəstəklənən dəniz quldurluğunu ən sərt şəkildə pisləyir və qəti şəkildə rədd edir”, - deyə məkbubda bildirilir.

O, ABŞ-ın bu qanunsuz hərəkətlərinə görə beynəlxalq hüquq qarşısında tam və mübahisəsiz məsuliyyət daşıdığını vurğulayıb, bu addımların beynəlxalq dəniz nəqliyyatı, dəniz təhlükəsizliyi, eləcə də regional və qlobal sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğurduğunu bildirib.

“İran İslam Respublikası beynəlxalq hüquq çərçivəsində bu həyasız addımlara qarşı tədbir görmək üçün tam hüquqa malikdir”, - deyə İran nümayəndəsi əlavə edib.

İrəvani həmçinin Təhlükəsizlik Şurasından bu “aqressiv hərəkətləri” ən sərt şəkildə pisləməsini, birtərəfli məcburetmə tədbirlərinin qanunsuz olduğunu və onların BMT Nizamnaməsi ilə beynəlxalq hüquqa açıq ziddiyyət təşkil etdiyini qəbul etməsini tələb edib.

Sonda isə ABŞ-dan bu cür qanunsuz fəaliyyətləri dərhal dayandırmağı, müsadirə olunmuş bütün gəmiləri, yükləri və aktivləri qeyd-şərtsiz şəkildə azad etməyi tələb edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
bizimyol.info

1Источники