RU

Azərbaycan cüdoçuları Düşənbə “Böyük Dəbilqə”sində çıxış edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə “Böyük Dəbilqə” turniri keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycanı yarışda 4 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək.

Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

60 kiloqram

Murad Muradlı

66 kiloqram

Nizami İmranov

İslam Rəhimov

73 kiloqram

Rəşid Məmmədəliyev

+100 kiloqram

Uşanqi Kokauri

Camal Qamzatxanov

Избранный
27
1
90deqiqe.az

2Источники