RU

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Türkiyənin Samsun bölgəsində Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

N.I.S. tərəfindən idarə olunan yük maşınında yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsində başlayıb.

Hadisə yerinə jandarma və yanğınsöndürmə qüvvələri göndəriliblər. Yanğın söndürülsə də, maşın istifadəyə yararsız hala düşüb.

Baş verən hadisə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.





Bizim.Media

Избранный
31
4
bizim.media

5Источники