RU

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq - Komitə sədri

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində ölkənin 79 şəhərinin 68-nin yeni baş planı təsdiq edilib:

"Qalan 11 şəhərin baş planının yenilənməsi istiqamətində işlər davam etdirilir. Yenilənmiş baş planların mövcudluğu şəhərlərin inkişafını proqnozlaşdırıla bilən müstəviyə çıxarır, investisiya cəlbediciliyi yaradır".

Избранный
41
10
day.az

10Источники