Astana, 29 aprel, AZƏRTAC
Qazaxıstan OPEC+ alyansında iştirak formatını dəyişdirməyi nəzərdə tutmur.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi bildirib.
Nazirlikdən verilən açıqlamada deyilir: “Hazırda ölkənin OPEC+ alyansında iştirak formatının dəyişdirilməsi məsələsi gündəmdə deyil”.
Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri 2026-cı il mayın 1-dən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatından və OPEC+ formatından çıxacağını açıqlamışdı.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana