RU

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi - FOTO

BAKI, 29 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı “deformasiyaya uğramış” avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Избранный
47
2
teleqraf.com

3Источники