RU

“Bu, ölkəmizin resurs ixrac edən ölkədən tranzit ölkə kimi rolunu artıra bilər”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Zəngəzur dəhlizinin TRİPP adı ilə açılması region üçün yeni perspektivlər vəd edir. Bu dəhliz təkcə dəmir yolu daşımaları deyil, eyni zamanda, quru yük daşımaları və enerji dəhlizidir. Enerji dəhlizi deyəndə burada dəmir yolu xətti vasitəsilə həm qazın ixracı, həm neft resurslarının ixracı, həm də elektrik enerjisi xətlərinin çəkilişi nəzərdə tutulur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

X.Kərimlinin bildirdiyinə görə, burada əsas məsələ həm Azərbaycanın Ermənistana bu resursları daha qısa marşrutla ixrac etməsidir, həm Naxçıvanın Azərbaycanın əsas ərazisinin enerji infrastrukturuna qoşulmasıdır, həm də bu dəhliz vasitəsilə həm Ermənistana, həm Türkiyəyə, həm də Türkiyə üzərindən Avropaya yeni kanalların açılmasıdır: “Təbii ki, Azərbaycanın ixrac logistika xətlərinin diversifikasiyası ölkəmiz üçün strateji əhəmiyyətlidir və bir istiqamətdən asılılığın aşağı düşməsidir, ölkəmizin iqtisadi müstəqilliyi üçün əlavə dividenddir. Sülh müqaviləsinin yekunlaşmasından sonra TRİPP marşrutu üzərindən Ermənistana həm elektirk enerjisi ixracı, eyni zamanda, yanacağın bu kanal vasitəsilə Ermənistana daha qısa marşrutla çatdırılması mümkündür. Bundan başqa da bu layihənin əsas məsələsi Ermənistanla Azərbaycan arasında ticarət deyil, Azərbaycanın Naxçıvanla ərazisinin bütövləşməsi və Türkiyə ilə birbaşa əlaqələrin qurulması, Mərkəzi Asiyanın resurslarının bu dəhliz vasitəsilə ixracı imkanlarıdır”.

İqtisadçı vurğulayıb ki, bu, ölkəmizin resurs ixrac edən ölkədən tranzit ölkə kimi rolunu artıra bilər, Mərkəzi Asiyanın resurslarının artıq bu dəhliz vasitəsilə Avropa bazarına çıxarılmasına gətirib çıxara bilər: “Sülh Zəngəzur dəhlizinin açılması region üçün əlavə investisiyalar da cəlb edə bilər, Azərbaycanın strateji əhəmiyyətini artıra bilər, həmçinin tranzit ölkə kimi rolunun formalaşmasına gətirib çıxara bilər. Bütün bunlar isə məşğulluqdur, iqtisadi artımdır, yeni iş yerləninin açılmasıdır və ölkənin iqtisadi gücünün yüksəlməsidir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
icma.az

1Источники