“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsi Quba şəhəri 31-ci məhəllədə, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 325.5 kv.m olan qeyri-yaşayış obyektinin 120 kv.m olan 2-ci mərtəbəsinin icarəsi xidmətinə 23 256 AZN ödəyəcək.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, vəsait fiziki şəxs Qazıbəyov Abumüslüm Abdulqafar oğlunun hesabına köçürüləcək.
AYNA və Abumüslüm Qazıbəyov arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “bir mənbə” üsulundan istifadə olunub.